UOT 691.419 https://doi.org/10.30546/3106-4817.2026.0105.014
METAKAOLİNİN α-YARIMSULU GİPSİN XASSƏLƏRİNƏ TƏSİRİNİN ÖYRƏNİLMƏSİXülasə
İnşaat materialları sənayesində hal-hazırda yapışdırıcı materialların xassələrinin yaxşılaşdırılması üçün onların tərkibinin modifikasiyası geniş tətbiq edilir. Bu məqsədlə həm kimyəvi əlavələrdən, həm də dispers mineral əlavələrdən istifadə olunur. Belə əlavələrdən texnoloji əməliyyatın müxtəlif mərhələlərində istifadə olunması yapışdırıcı materialların xassələrini tənzimləyir və standartların tələblərini ödəyən yüksəkkeyfiyyətli materialların alınmasını təmin edir. Bu məqalədə metakaolinin α-yarımsulu gipsin xassələrinə təsiri öyrənilmişdir.
Açar sözlər
yüksəkmöhkəmlikli gips, yapışdırıcı material, metakaolin, suyadayanıqlılıq, yumşalma əmsalı, sıxılmada möhkəmlik, əhəng.
Məmmədova İ.H., Qurbanova İ.D.
tex.üzrə.f.d. Məmmədova İ.H., baş/m. Qurbanova İ.D.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
1 ORCID 0000-0002-2145-3717, 2 ORCID ID:0000-0002-1132-3943