AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan

 UOT 691.7 https://doi.org/10.30546/3106-4817.2026.0105.016 

ABŞERON MEMARLIQ ABİDƏLƏRİNİN RESTAVRASİYASINDA SUNİ ƏHƏGDAŞININ EFFEKTİVLİYİ VƏ TƏTBİQİ ÜSULLARI
PDF

Xülasə

Məqalə Abşeron yataqlarından təbii üzlük daşlarına zahiri, teksturu və fizikimexaniki xassələrinə oxşar olan süni üzlük materiallarının işlənməsinin tədqiqinə həsr edilmişdir. Tədqiqat nəticələri və hazırlanmış tərkiblərin, eləcə də təbii materialların fiziki-mexaniki xüsusiyyətləri təqdim olunmuşdur. 

Məqalədə Şahqaya yatağının təbii daş süxurları ilə tədqiqat nəticələri müqayisəsi verilmişdir. İşlənilmiş tərkiblərin göstəricilərinin, o cümlədən mexaniki xassələrinin, müqayisəsi göstərir ki, tərkiblərin memarlıq abidələrinin bərpası üçün tələb olunan xassələrə malik blokların, kəsmə daşların, üzlük tavalarının və eləcə də mürəkkəb profil elementlərinin hazırlanmasında istifadə olunması mümkündür. 

İşlənilmiş tərkiblər eyni dərəcədə binaların fasadlarının suvaq qatında, memarlıq abidələrində dağılmış üzlük daşlarının bərpasının divar kütləsində monolit şəkildə və bloklardan kəsilmiş daşlarla bərpasında istifadə olunması kimi alternativlər imkanlar yaradır. 

Açar sözlər

incə məsaməli əhəngdaşı, əhəngdaşı qumu, süni üzlük daşı, fiziki-mexaniki xassələr, memarlıq abidələri.

Yusifov Y.N

elmi işçi Yusifov Y.N  ORCID ID- 0009-0006-5929-480X 

Azərbaycan İnşaat və Memarlıq ETİ, yusifnizamioglu1995@gmail.com