UOT 721.012:744 https://doi.org/10.30546/3106-4817.2026.0105.020
XANKƏNDİ ŞƏHƏRİNİN DAYANIQLI İNKİŞAFININ İDARƏ OLUNMASINDA İNNOVATİV YANAŞMAXülasə
Xankəndinin zəngin təbii potensialı (su ehtiyatları, relyef, iqlim, biomüxtəliflik) və mövcud infrastrukturun idarə olunmasının təşklində innovativ yanaşmaların tətbiq problemləri (su təchizatı, kanalizasiya, enerji, nəqliyyat) təhlil edilir, həll yolları təqdim edilir. Bu problemlərin həlli və təbii potensialdan səmərəli istifadə üçün əsas metodoloji və texnoloji vasitə kimi “Şəhər İnformasiya Modeli (CIM)” təklif olunur. Xüsusilə post-münaqişə dövrünün yaratdığı və mövcud infrastrukturun deqradasiyası nəticəsində ortaya çıxan unikal “təmiz səhifə” şəraitində bu model, köhnəlmiş sistemlərin yenidən qurulması kimi mürəkkəb proseslərdən yayınaraq, şəhərin bütün fiziki və sosial infrastrukturunu vahid rəqəmsal platformada, məlumat-yönümlü prinsiplərlə yenidən layihələndirməyə, bununla da Xankəndini dayanıqlı şəhərsalma həllərinin müvəffəqiyyətlə sınaqdan keçdiyi “canlı laboratoriya”ya çevirməyə imkan verən fundamental bir alət kimi təqdim edilir. CIM-in Coğrafi İnformasiya Sistemləri (GIS), Bina İnformasiya Modelləşməsi (BIM), Əşyaların İnterneti (IoT) və Süni İntellekt (AI) kimi komponentlərinin inteqrasiyası ilə şəhər infrastrukturunun "rəqəmsal əkiz"inin yaradılması və onun vasitəsilə resursların səmərəli idarə olunması, ekoloji tarazlığın qorunması və sosial inklüzivliyin təmin edilməsi yolları araşdırılır. Nəticədə, CIM texnologiyasının Xankəndini digər post-münaqişə regionları üçün innovativ və dayanıqlı şəhərsalma nümunəsinə çevirmə potensialına malik olduğu qeyd edilir.
Açar sözlər
Xankəndi, yaşıl şəhər, Şəhər İnformasiya Modeli (CIM), rəqəmsal əkiz, dayanıqlı inkişaf.
Cəfərov N.N., Abdullayeva A.G.
mem.üzrə f.d. Cəfərov N.N.1, Abdullayeva A.G.2 Azərbaycan İnşaat və Memarlıq ETİ
1 ORCID ID-0000-0002-7480-4680 2 ORCID ID-0009-0002-3645-2618