AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan

 UOT 711.4 https://doi.org/10.30546/3106-4817.2026.0105.028 

AZƏRBAYCANIN DAĞLIQ-ŞİRVAN İQTİSADİ RAYONUNUN ŞƏHƏRSALMA SƏNƏDLƏRİNİN REALLAŞDIRILMASININ TƏHLİLİ
PDF

Xülasə

Məqalədə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə regional planlaşdırma sahəsində hazırlanmış əvvəlki şəhərsalma sənədlərinin, Dağlıq Şirvanın inzibati rayonları üzrə kompleks regional planlaşdırma sxemlərinin, eləcə də bu rayona daxil olan şəhərlərin baş planlarının reallaşdırılmasının təhlili aparılmışdır. İşlənib hazırlanmış sənədlərin həyata keçirilmə dərəcəsi son 40 il ərzində istehsal bazasının inkişafı, demoqrafik vəziyyət, mənzil fondu, mədəni-məişət xidmətləri sistemi, turizm-rekreasiya təsərrüfatı, nəqliyyat və mühəndis infrastrukturu kimi əsas sahələr üzrə qiymətləndirilmişdir. Layihə sənədlərinin hesablanmış müddət ərzində reallaşdırılması zamanı yaranan problemlər və onların səbəbləri müəyyən edilmişdir. Əvvəlki şəhərsalma sənədlərinin reallaşdırılmasının təhlili onların əsas müddəalarının həyat qabiliyyətini müəyyənləşdirmək, uzun müddət ərzində əhəmiyyətini qoruyub saxlamış planlaşdırma strukturu elementlərinin inkişafının əsas meyllərini üzə çıxarmaq, eləcə də regionun inkişaf xüsusiyyətlərini müəyyən etmək məqsədilə aparılmışdır. 

Açar sözlər

Dağlıq-Şirvan iqtisadi rayonu, şəhərsalma sənədləri, regional planlaşdırma, reallaşdırılma dərəcəsi, istehsal bazası, mənzil fondu.

Novruz-zadə Şeyda Natiq qızı

Novruz-zadə Şeyda Natiq qızı “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının doktorantı, 

AzMİU, Azərbaycan Memarlar İttifaqının katibi 

novruzzade.sheyda@gmail.com