AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan

https://doi.org/10.30546/3106-4817.2026.0105.005

DƏMİR-BETON KONSTRUKSİYALARINDA MEXANİKİ BİRLƏŞMƏLİ ARMATURLARIN İSTİFADƏSİNİN ÜSTÜNLÜKLƏRİ, MÖVCUD PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI
PDF

Xülasə

Bu məqalədə qısa şəkildə beton və dəmir-betonun yaranmasından müasir dövrə qədər inkişaf mərhələlərinə baxılmışdır. Betonun və armaturun möhkəmliyinin artması dəmirbetonda armaturun qaynaqla və naqillə üst-üstə birləşməsinin mufta birləşməsi ilə əvəz olunması vacibliyi göstərilmişdir. Xarici ölkələrin təcrübəsində istifadə edilən armaturların mufta ilə mexaniki birləşməsinin konstruksiyasına baxılmış, ГОСТ, İSO və Amerika Beton İnstitutunun standartının geniş analizi aparılmışdır. İdxalı nəzərdə tutulan muftaların giriş yoxlamasında vacib olan göstəricilər müəyyən edilmişdir.Yüksək keyfiyyətli mufta konstruksiyalarının ölkəmizdə yaradılmasının, istehsalı və istifadəsi üzrə müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir 

Açar sözlər

mufta, mexaniki birləşmə, armatur, beton, konstruksiya.

Əmrahov A.T., Bayramov F.H. Xudiyev A.N., Tahirov B.M., Abbasov R.H.

tex.üzrə f.d. Əmrahov A.T., tex.üzrə f.d. Bayramov F.H. 

müh. Xudiyev A.N., müh.Tahirov B.M., elmi işçi Abbasov R.H. 

FHN. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Layihə Konstruktor İnşaat Materialları İnstitutu